Doğma çay “Azerçay” hərbi-idman yarışlarını dəstəklədi
(®) Hər zaman ölkəmizi yerli və beynəlxalq yüksək səviyyədə təmsil edən “Azerçay” bu dəfə də Şahin” hərbi-idman oyununu və “Cəsur kadet” yarışlarını dəstəkləyib.
15 iyun 2023-cü il tarixində Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzində məktəblilər arasında “Şahin” hərbi-idman oyunu,16-18 iyun tarixlərində isə “Cəsur kadet” yarışı keçirilib.
Azərbaycanın Gənclər paytaxtı olan Mingəçevirdə Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib.
Əvvəlcə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gənclər və idman naziri Fərid Qayıbov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.
Respublikanın 10 müxtəlif şəhər və rayonundan (Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, Bərdə, Lerik, Neftçala, Qax, Samux, İsmayıllı və Nizami rayonları) ümumilikdə 150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsi iyunun 16-dan 18-dək “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Eyni zamanda markanın dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev meydanında şəhər icra hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiynə və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.
Dünyanın 40 dan çox ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil edən, Azərbaycan çay adət-ənənələrini qoruyub saxlamaq missiyasını öz üzərinə götürən Doğma çay “Azerçay” yenə də öz ənənəsinə sadiq qalaraq bu yarışda gələn bütün qonaqlara və iştirakçıları çay süfrəsinə qonaq edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
















.jpg)
