Şengen vizası rəqəmsallaşır
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Şengen vizalarının rəqəmsallaşdırılması ilə bağlı yeni qanun layihəsini razılaşdırıblar.Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti "Şengen vizası haqqında" qanun layihəsini razılaşdırıb.
Marja.az xəbər verir ki, yeni qanun qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsallaşacaq və internet üzərindən 2D ştrix-kod şəklində veriləcək.
Vizaları mobil cihazlara yükləmək olacaq. Viza üçün müraciət edənlər bir çox dildə onlayn viza üçün müraciət edə biləcəklər.
Yeni sistemlə müraciətlər vahid internet platforması üzərindən işlənəcək. Lazımi sənədlər bu platforma vasitəsilə yüklənəcək və viza rüsumu buraya yatırıla bilər.
Ərizəçilər bir neçə ölkəyə səfər etmək istədikləri zaman ərizənin hansı ölkə tərəfindən alındığı barədə məlumatlandırılacaqlar. Sistem Aİ ölkələrinin sərhəd idarəetmə sistemləri və məlumat bazaları ilə ahəngdar işləyəcək.
Yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar fiziki olaraq Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.
Şengen vizalarının rəqəmsallaşdırılması ilə xərcləri azaltmaq və viza müraciətlərini sürətləndirmək və asanlaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, Aİ bu yolla Şengen zonasının təhlükəsizliyini artırmağı hədəfləyir.
Qanun layihəsi Avropa Şurası və Avropa Parlamenti tərəfindən rəsmi təsdiq edildikdən sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























