Vergilər gələn il üçün hesablamalarında dolları bu məzənnədən götürüb
"ABŞ dollarının məzənnəsindəki dəyişiklik az qala bütün sahələrə təsir edir". Bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
"Bu, təbii prosesdir. Təəssüflər olsun ki, dollar qlobal valyutadır və bu valyutaya bağlılıq olduqca yüksək səviyyədədir. Çox ölkələr dollardan asılılığa son qoymaq istəyir. Bununla bağlı müxtəlif təkliflər də səslənir", - deyə nazir müavini qeyd edib.
Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi Zaur Fətizadə isə dolların bahalaşmasının bu il büdcəyə təsirini 100 mln. manat səviyyəsində qiymətləndirib:
"Əlbəttə ki, dolların məzənnəsinin yüksəlməsinin büdcəyə birbaşa təsiri var. Bu, təkcə gəlirə aid deyil. Vergi ödəyicisinin satdığı malın dəyəri bahalaşıbsa, bunun xərcləri də artıb. Avtomatik qaydada, burada yaranmış mənfəət praktiki olaraq eyni səviyyədə qalıb. Ona görə də, məsələn, dolların məzənnəsinin iki dəfə qalxması o demək deyil ki, vergi daxilolmaları də artmalıdır. Çünki, onun həm gəlir, həm də xərc hissəsi var. Burada müsbət məqam odur ki, dövlət büdcəsinə valyuta formasında toplanan vergilərdə məzənnənin yüksəlməsi ilə əlaqədar artım var. Bu il ərzində valyuta formasında vergi daxilolmalarında manat ifadəsində artım var. Amma digər vergi istiqamətləri üzrə artım yoxdur".
Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov isə bildirib ki, valyuta ilə ödənişlər hasilatın pay bölgüsü və əsas ixrac boru kəməri ilə bağlı vergi ödəyiciləri tərəfindən ödənilir: "İqtisadi böhran baş verdiyi üçün ümumilikdə valyuta daxilolmalarında azalma var. Milli valyutanın devalvasiyası ilə bağlı valyuta daxilolmalarında manat ifadəsində artım var. Amma ümumilikdə valyutada vergi daxilolmalarında azalma qeydə alınıb. Manatın devalvasiyası zəncirvari bir prosesdir, devalvasiya iqtisadiyyatda inflyasiya yaradır. İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il üçün təxminən 7,3% civarında inflyasiya gözlənilir. Növbəti il üçün hesablamalarda 1 dolların məzənnəsi 1,75 manatla götürülüb. Proqnoz müəyyən edilərkən inflyasiyanın vergi daxilolmalarına təsiri nəzərə alınıb. Valyutanın kursunun dəyişməsi inflyasiyanın ümumi dəyişməsi fonunda onun elementi olaraq nəzərə alınır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















