Türkiyə Mərkəzi Bankının kəskin faiz artıracağı, Lirənin bahalaşacağı proqnozu verildi
Fransanın iri maliyyə xidmətləri şirkəti "Societe Generale", Dollar/Türk Lirəsi məzənnəsində qısa mövqe açmağı tövsiyə edir. Qısası, Bank məzənnənin düşəcəyini gözləyir.
Marja.az xəbər verir ki, qurum, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) 22 İyun tarixli iclasında faizini 6,50 faiz bəndi artıraraq 15%-ə çatdıracağını və faiz artımlarının iyul və avqust aylarında da davam edəcəyini (daha 5,00 faiz bəndi də artırılacağını) gözləyir.
Qurumun hesabatda yay mövsümündə turist gəlirlərinin artmasının xarici tarazlığı yaxşılaşdıracağı və TCMB-nin imkanlarını artıracağı proqnozlaşdırılıb. Banka görə, bəzi ortodoksal (ənənəvi) siyasətlərin geri qaytarılması "lirənin carry cazibəsini artıracaq".
Hesabatda, Dollar/TL üçün 20,88 səviyyəsində qısa mövqe açmaq və 23 səviyyəsində "stop-loss" müəyyən etməkmtövsiyə edilib.
Qurum qarşıdakı aylarda dollar/Türk Lirəsi məzənnəsinin "tədricən" düşəcəyini proqnozlaşdırır.
"Societe Generale" əsas risklər olaraq - ortodoksal olmayan siyasətlərin davam etdirilməsini və yeni iqtisadi administrasiyasının ixracı dəstəkləmək üçün valyutanı zəiflətməsi ehtimalını göstərib.
Qeyd edək ki, bu gün Dollar/Türk lirəsi məzənnəsi 21,22 lirə səviyyəsinə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

