Abşeron magistral kanalı təmizlənib
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib ki, Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində meliorativ tədbirlər davam edir. İdarə yaz-yay suvarma mövsümü çərçivəsində Abşeron magistral kanalında genişmiqyaslı lildən və tullantılardan təmizləmə işlərini artıq yekunlaşdırıb.
Magistral kanal üzərində mövcud olan 40 ədəd nasos stansiyaların hər birinə baxış keçirilib və təmir işləri aparılıb. Hazırda nasos stansiyalar sayəsində bütün böyük təsərrüfatlar suvarılır. Suvarılan sahələr zeytun bağları, badam bağları, buğda və arpa sahələridir.
İdarə 70 km magistral, 33 km qol kanalları ilə birlikdə ümumi uzunluğu 100 kilometrdən artıq olan Abşeron magistral kanalına xidmət edir ki, hazırda bu kanal bir-neçə istiqamətdə maşın mexanizmlər tərəfindən təmizlənir. İşlər dörd istiqamətdə davam edir. Mütəmadi görülən işlərə baxmayaraq kanalın bəzi hissələrində, əsasən də yaşayış məntəqələrindən keçən ərazilərində tez-tez çirklənmə halları baş verir. Hələ də məişət tullantıları kanala atılır. Buna baxmayaraq görülən təxirəsalınmaz işlər nəticəsində kanalda suyun normal axını təmin edilir.
Qeyd edək ki, Abşeron Suvarma Sistemləri İdarəsi 17 min hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Həmin sahələrdə əkilən müxtəlif növ kənd təsərrüfatı bitkilərinin normalara uyğun olaraq suvarılması idarə tərəfindən mütəmadi olaraq təmin edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)





