SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir
(®) SABIS SUN® Beynəlxalq Məktəbi (SABIS® SUN) Azərbaycanın qida və sənaye sektorunun aparıcı şirkəti olan Azersun Holdinqlə şagirdləri üçün 4 həftəlik yay təcrübə proqramına başladığını elan etdi.
Təcrübə proqramı SABIS® SUN məktəbinin 15 yaşdan yuxarı 10, 11 və 12-ci sinif şagirdləri üçün təşkil olunmuşdur, bu proqram onlara məktəbdə əldə etdikləri yüksək keyfiyyətli təhsil və 21-ci əsr bacarıqlarını hazırkı şəraitdə tətbiq etmək imkanı yaradacaq.
Müraciət edən şagirdlər Azərsun Holdinqin daxilində İT, Marketinq, Dizayn və Biznesin İnkişafı kimi müxtəlif departamentlər və şirkətlərlə yaxından əməkdaşlıq edəcəklər.
Məktəbin direktoru Francois Enslin paylaşıb: “Bu təcrübə proqramı şagirdlərimizə öz maraqlarını araşdırmaq və gələcək karyera məqsədləri barədə düşünmək üçün daha çox imkanlar yaradacaq. Sənaye mütəxəssisləri ilə birgə işləyərək, onlar fərqli sahələrdə görüş və təcrübə qazanacaqlar. Bu intensiv 4 həftəlik proqramın şagirdlərimizi necə dəyişəcəyini və onları gələcəyə daha da hazır edəcəyini görmək ümidindəyəm.”
Təcrübə proqramının bir başqa əsas faydası da şagirdin universitet müraciətlərinə əlavə edəcək dəyərinin olmasıdır. SABIS® SUN şagirdləri CV-lərində real həyat təcrübəsi ilə xüsusi bir yer tutaraq dünyanın başlıca universitetlərinə müraciətlərində digər namizədlərdən fərqlənəcəklər.
SABIS® SUN Beynəlxalq Məktəbi həmişə şagirdlərinə universitetdə və həyatda uğur qazanmaq imkanı verən üstün keyfiyyətli bir təhsil verməyə çalışır. Bu təcrübə şagirdlərin akademik mükəmməlliyi, həyata hazırlığı və özünü inkişafını tarazlaşdıran, universitetə və ondan sonra uğur qazanmalarına imkan verən yüksək keyfiyyətli təhsil vermək öhdəliyinə daha bir sübutdur.
VIDEO LINK:
SABIS® SUN Beynəlxalq məktəbi haqqında:
SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) heç bir ayrı-seçkiliyə yol verməyən, bir yerdə təhsil verən, tədris fəaliyyətini ingilis dilində həyata keçirən və uşaq bağçasından 12-ci sinfə qədər olan şagirdlərə xidmət göstərən müstəqil məktəbidir.
Beynəlxalq kurrikulumun həyata keçirilməsi üçün ingilis dilini əsas tədris dili kimi istifadə edən SABIS® SUN, şagirdlərə dəyişən dünyada uğur qazanmağa kömək etmək üçün hər tərəfli bilik və həyatı bacarıqları aşılayır.
Məktəb Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və Özəl Məktəblərin Milli Şurası,Beynəlxalq Təhsilin Qiymətləndirilməsi üzrə Kembric Assosiasiyası, Beynəlxalq Akkreditasiya (AI) və Orta Dövlətlər Assosiasiyasının İbtidai və Orta Məktəblər üzrə Komissiyası tərəfindən akkreditasiya olunub.
Məktəb haqqında ətraflı məlumat əldə etmək üçün sabissun.sabis.net saytına və aşağıda göstərilən facebook və instagram səhvələrinə daxil ola bilərsiniz:
https://www.facebook.com/sabissunbaku
https://www.instagram.com/sabissuninternational.school/
Qəbula yazılmaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlamanız kifayətdir: +994 55 213 95 03, +994 55 212 20 28
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 26 d. əvvəl
- 30 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
1 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 1 saat əvvəl
-
1 saat əvvəl
ARKA tərəfindən 2026-cı ildə 4 müsabiqənin keçirilməsi nəzərdə tutulur
-
1 saat əvvəl
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
-
2 saat əvvəl
Azərbaycan xarici ölkələrdən dəyəri 100 milyon dollardan çox olan ət alıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Ən çox oxunanlar
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU
SOCAR-ın prezidenti ərəb şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan neftinin son qiyməti
Bakıda açılacaq "Dino Park"a giriş qiymətləri məlum oldu









.jpg)






.jpg)

