Bu gün Türkiyə seçimini edəcək - TARİXİ GÜN
Bu gün Türkiyədə Prezident və 28-ci dövr parlament seçkiləridir.
Marja xəbər verir ki, Türkiyə vətəndaşları ölkənin 13-cü Prezidentini seçmək üçün səs verəcəklər.
Prezident olmaq uğrunda Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyip Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri, "Millət İttifaqı"nın nazmizədi Kamal Klıçdaroğlu və "Ata İttifaqı"nın namizədi Sinan Oğan mübarizə aparırlar.
Ölkədə səsvermə 08:00-17:00 saatları müddətində mümkün olacaq.
"Məmləkət" Partiyasının sədri Məhərrəm İncə Prezidentliyə namizədliyini geri götürsə də, onun adı seçki bülletenlərində yer alır. Lakin ona verilən səslərin etibarlı və ya etibarsız sayılacağı qeyri-müəyyəndir, bununla bağlı Türkiyə qanunvericiliyində konkret maddə yoxdur.
Türkiyədə ölkə Prezidenti seçilmək üçün 50 faiz + 1 səs lazımdır.
Seçkidə prezidentliyə namizədlərdən heç biri mütləq səs çoxluğu əldə edə bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Qeyd etdiyimiz kimi, Türkiyədə Prezident seçilmək üçün 50 faizdən çox 1 səs lazımdır. Bu etibarlı səslər əsasında hesablanır. Yəni bu hesablama bütün seçicilər və ya seçkidə iştirak edənlər üzərində aparılmır. Məsələn, 2018-ci il prezident seçkilərində 51 milyon 197 min 959 nəfər səs verib. Lakin bu səslərin 50 milyon 68 min 627-si etibarlı hesab edilib. Yəni 1 milyondan çox səs etibarsız sayılıb. Namizədlərin səsləri də etibarlı səslər əsasında hesablanıb. Seçkilərin cüzi fərqlə nəticələnəcəyi təqdirdə etibarsız sayılmayan səslərin təsirinin böyük olacağı qiymətləndirilir. Çünki namizədlikdən geri çəkilən namizədə verilən səslər xaricdə və ya ölkə daxilində etibarlı sayılarsa, etibarlı səs payı artır və digər namizədlər daha aşağı faizlə seçkini tamamlayırlar. Göstərilən səslər tamamilə etibarsız sayılarsa, bu digər namizədlər üçün müsbət vəziyyətdir, onlar daha yüksək faizlə seçkini tamamlayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























