Avropada qazın qiyməti daha da düşdü
Avropada qazın qiyməti təxminən 8 faiz azalaraq min kubmetr üçün 433 dollara düşüb.Londonun ICE birjasının məlumatına görə, bazar ertəsi ticarətin sonunda Avropada qazın birja qiymətləri təxminən 8% ucuzlaşaraq min kubmetr üçün 432,5 dollar təşkil edib.
Marja xəbər verir ki, təbii qazın birja qiymətləri ötən ilin sonundan davamlı olaraq ucuzlaşır və martın 9-da il yarımdan artıq müddətdə ilk dəfə min kubmetr üçün 450 dollardan aşağı düşüb. Bu, bəzi günlərdə kotirovkaların 1700 dolları keçdiyi dekabrın əvvəlindəki səviyyələrdən təxminən dörd dəfə, keçən ilin mart ayının ilk günlərinin rekord qiymətlərindən isə səkkiz dəfədən çox aşağıdır. Ötən ilin yazında Avropada təbii qazın qiyməti 3900 dollara yaxınlaşmışdı.
Avropa Birjasında qazın qiyməti Avropa İttifaqının yeraltı qaz anbarlarındakı kifayət qədər ehtiyatlar, eləcə də isti və küləkli hava şəraiti, qənaət tədbirləri hesabına düşüb. Havanın tempraturunun yüksək olması qaz istehlakını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
10 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
11 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























