“AFB Bank”dan 1 milyon ağacın əkilməsinə dəstək
(®) Sağlam gələcək naminə atılan addımlara daima öz dəstəyini göstərən “AFB Bank” növbəti belə bir tədbirdə iştirak edib. Bankın rəhbərliyi və əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 15 Martda Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasına qatılıb.
Aksiya çərçivəsində 3 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 300-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib.
Məqsəd qarşıdakı 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsinə nail olmaqdır.
Kampaniya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar Assosiasiyası, Sığortaçılar Assosiasiyası, Mikromaliyyə Assosiasiyası, Fond Bazarı İştirakçıları Assosiasiyası və Fintex Assosiasiyası arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.
Qey edək ki, ölkənin daima inkişaf edən banklarından biri olan “AFB Bank” ASC hazırda 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətləri təklif edir. Filial şəbəkəsi Bakı ilə yanaşı, Sumqayıt, Gəncə və Qəbələ şəhərlərini də əhatə edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı afb.az saytından, sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 7 d. əvvəl
-
-
25 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 28 d. əvvəl
- 33 d. əvvəl
- 38 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank I rübün yekunlarını açıqladı
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
















.jpg)






