"Pulu xilas etmək" növbəsi
ABŞ son 15 ilin ən böyük bank böhranı ilə sarsılıb. Prezident Co Bayden və Maliyyə naziri Janet Yellenin bəyanatları investorları və əmanətçiləri sakitləşdirməyib. Müflis olan Silikon Vadisi Bankının (SVB) qarşısında pulunu çıxarmaq istəyələrin növbəsi davam edir. İlk gündə bankdan 42 milyard dollar çıxarıldığı açıqlanıb. ABŞ banklarının səhmləri də 190 milyard dollar dəyərdən düşüb.
Marja xəbər verir ki, "Silvergate Bank" və 209 milyard dollar aktivi olan Silikon Vadisi Bankı (Silicon Valley Bank - SVB) keçən həftə iflas elan etdikdən sonra kripto əməliyyatlarında vasitəçilik edən "Signature Bank" da müflis oldu. ABŞ tənzimləyiciləri müflis olan banklara əlavə maliyyə dəstəyi vermək üçün addımlar atıb. Prezident Co Bayden və Maliyyə Naziri Janet Yellen bu bankların həm investorlarına, həm də müştərilərinə arxayınedici açıqlamalar versələr də, panika mühiti səngiməyib. İflas dalğasının digər ölkələrə də yayılacağı ilə bağlı narahatlıqlar bazarları bürüyüb. Birjalardan çıxarılan ümumi məbləğ 465 milyard dollara çatıb. Böyük ABŞ banklarının səhmləri 190 milyard dollar dəyərdən düşüb.
Texnologiya şirkətlərinin maliyyə qapısı olan Silikon Vadisi Bankı, ABŞ Federal Ehtiyat Sisteminin (FED) aqressiv faiz artımları nəticəsində istiqraz portfelində zərər edib. Xəbəri eşidən əmanətçilər bir gündə 42 milyard dollar çıxardığı üçün SVB-də əməliyyatlar dayandırılıb. ABŞ Federal Əmanətlərin Sığortası (FDIC) də martın 10-da bank nəzarətinə götürərək müvəkkil təyin edib. 209 milyard dollar dəyərində aktivlərini nəzərə alsaq, Silicon Valley Bank ABŞ-ın 16-cı ən böyük maliyyə qurumu idi. ABŞ bank sistemində ardıcıl iflaslar kriptovalyutadan tutmuş aviasiya sektoruna qədər bir çox şirkətə də ağır zərbə vurub. Dünyanın ən böyük stabilkoinlərindən birinin operatoru olan Circle, ehtiyatlarının 3,3 milyard dollarının SVB-də qaldığını və şokun token dəyərinin aşağı düşməsinə səbəb olduğunu açıqlayıb.
ABŞ-da təşviş içində olan əmanətçilər banklara axışıb. Pullarını çıxarmaq istəyənlərin banklar qarşısında uzun növbələr yaratması diqqət çəkib. Hakimiyyətin açıqlamasına məhəl qoymayan əhali əmanətlərini almaq üçün saatlarla növbə gözləyir. ABŞ-ın ən böyük bankları da böhranın yayılmasından qorxan əmanətçilərin kütləvi axını ilə üzləşib. JP Morgan, Citigroup və Wells Fargo kimi maliyyə qurumlarına normaldan çox vəsait daxil olduğu bildirilir.
2008-ci ildən bəri ABŞ-da müsadirə edilən ən böyük bank olan SVB-nin çökməsində FED-in aqressiv pul siyasəti rol oynadığından, gələcək aylarda faiz dərəcələrinin gedişi ilə bağlı gözləntilər də dəyişib. Goldman Sachs martın 22-də keçiriləcək iclasında uçot dərəcəsinin artırılmasını nəzərdə tutmadığını açıqlayıb. Pacific Investment Management, FED-in faiz dərəcələrini artırmayacağını gözləyir. Eynilə, Barclays artıq bu ay Fed-dən faiz artımı gözləmir. Fed siyasəti ilə bağlı ən təəccüblü proqnoz Nomura Securities-dən gəlib. Nomura iqtisadçılarının fikrincə, FED gələn həftə faiz dərəcəsini 0,25 faiz bəndi azaldacaq və balansını kiçiltməyi dayandıracaq. BlackRock isə SVB böhranına baxmayaraq, FED-in pul siyasətini sərtləşdirməyə davam edəcəyi qənaətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
6 d. əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
8 d. əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 13 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR
















